Haqqında
Git-flow depo üzərində Vincent Driessen'in budaqlanma modeli üzrə yüksək səviyyəli əməliyyatlar aparmaq üçün git əlavələrinin yığınıdır. ətraflı
★ ★ ★
Bu soraqça git-flow əməliyyatlarının istifadəsinin əsaslarını və effektini göstərir
★ ★ ★
Əsas ipucuları
- Git-flow möhtəşəm kömək və çıxış imkanı verir. Nə baş verdiyini görmək üçün onu diqqətlə oxuyun ...
- OSX/Windows kliyenti Sourcetree git üçün mükəmməl qrafik istifadəçi interfeysidir, həmçinin git-flow dəstəyi təqdim edir.
- Git-flow birləşmə əsaslı həlldir. O xüsusiyyət budaqlarını birləşdirmək üçün rebase istifadə etmir.
★ ★ ★
Quraşdırılması
- Öncədən git'in quraşdırılması, işlək olması şərtdir.
- Git flow OSX, Linux və Windows-da çalışır
★ ★ ★
OSX
Homebrew$ brew install git-flow-avhMacports
$ port install git-flow-avh
Linux
Debian əsaslı distributivlər$ apt-get install git-flowRed Hat əsaslı distributivlər
$ yum install gitflow
Windows (Cygwin)
$ wget -q -O - --no-check-certificate https://raw.github.com/petervanderdoes/gitflow-avh/develop/contrib/gitflow-installer.sh install stable | bash
Git-flow quraşdırmaq üçün wget və util-linux alətləri lazımdır.
Git-flow'nun detallı quraşdırılma addımları üçün zəhmət olmasa git flow wiki səhifəsinə daxil olun.
Başlayarkən
Layihənizin ilkin tənzimlənməsi üçün git-flow'nun başladılması lazımdır.
★ ★ ★
Başladılma
Git-flow'nu mövcud git deponun daxilində başlatmaqla istifadə edin:
git flow init
Budaqlarınızın adlandırma konvensiyasıyla bağlı bir neçə suala cavab verməli olacaqsınız.
Öncədən təyin edilmiş qiymətlər istifadə etmək tövsiyyə olunur.
Xüsusiyyətlər
- Gələcək buraxılışlar üçün yeni xüsusiyyətlər tərtib edin.
- Adətən yalnız tərtibatçıların deposunda olur.
★ ★ ★
Yeni xüsusiyyət başladın
Yeni xüsusiyyətlərin tərtibatı 'develop' budağından başlayır.
Yeni xüsusiyyətin tərtibatına
git flow feature start MYFEATURE
ilə başlayın
Bu əmr 'develop' əsasında yeni xüsusiyyət budağı yaradır və ona qoşulur
Xüsusiyyəti tamamlayın
Xüsusiyyətin tərtibatını tamamlayın. Bu əmr aşağıdakılarını yerinə yetirir:
- MYFEATURE budağını 'develop' budağına birləşdirir
- Xüsusiyyət budağını silir
- 'develop' budağına qoşulur
git flow feature finish MYFEATURE
Xüsusiyyəti yayımlayın
Xüsusiyyəti birlikdə tərtib edirsiniz?
Tərtib etdiyiniz xüsusiyyəti kənar serverə yayımlayın ki, digər istifadəçilər ondan yararlana bilsinlər.
git flow feature publish MYFEATURE
Yayımlanmış xüsusiyyətin əldə olunması
Digər istifadəçinin yayımladığı xüsusiyyəti əldə edin.
git flow feature pull origin MYFEATURE
Xüsusiyyəti origin deposunda aşağıdakı əmrlə izləyə bilərsiniz git flow feature track MYFEATURE
Buraxılış yaradın
- Yeni buraxılışa hazırlıqda kömək edir.
- Kiçik xətaların düzəldilməsinə və buraxılış üçün meta-məlumatların hazırlanmasına imkan verir
★ ★ ★
Buraxılışa başlayın
Buraxılışa başlamaq üçün git flow release əmrindən istifadə edin. O 'develop' budağı əsasında buraxılış budağını yaradır.
git flow release start RELEASE [BASE]
İstədiyiniz halda [BASE]
- kommitin sha-1 heşini verməklə buraxılışa burdan başlaya bilərsiniz.
Bu kommit 'develop' budağında olmalıdır.
★ ★ ★
Digər tərtibatçıların da buraxılış kommitlərinə imkan yaratmaq üçün, buraxılış budağı yaradıldıqdan dərhal sonra yayımlanması yaxşı olardı. Bunu aşağıdakı əmrlə, xüsusiyyət yayımlanmasına bənzər şəkildə edin:
git flow release publish RELEASE
(Kənar buraxılışları izləmək üçün git flow release track RELEASE
əmrindən istifadə edə bilərsiniz)
Buraxılışı tamamlayın
Buraxılışın tamamlanması git budaqlanmsında böyük addımlardan biridir. O aşağıdakıları yerinə yetirir:
- Buraxılış budağını 'master' budağına birləşdirir
- Buraxılışı adına uyğun teqləyir
- Buraxılış budağı geriyə, 'develop' budağına birləşir
- Buraxılış budağı silinir
git flow release finish RELEASE
git push --tags
əmri ilə teqlərinizi göndərməyi unutmayın
Düzəlişlər
- Düzəliş ehtiyacı məhsulun işlək, hazır versiyasındakı arzuolunmaz halı dərhal aradan qaldırmaq üçün yaranır.
- Hazır versiyaya uyğun master budağındakı teqdən budaqlana bilər.
★ ★ ★
git flow hotfix start
Digət git flow əmrləri kimi düzəliş
git flow hotfix start VERSION [BASENAME]
ilə başlayır
Versiya arqumenti yeni düzəliş edilmiş buraxılış adını təyin edir. İstədiyiniz halda düzəlişə başlayacağınız BASENAME-kommiti göstərə bilərsiniz.
Düzəlişi tamamlayın
Düzəliş tamamlandığı halda o 'develop' və 'master' budaqlarına birləşir. Əlavə olaraq 'master' budağına birləşmə düzəlişin versiyası ilə teqlənir.
git flow hotfix finish VERSION
Qeyd və qalıqlar
★ ★ ★
- Bura bütün mövcud əmrlər deyil, ən vacibləri qeyd edilmişdir
- Siz hələ də git və onun əmrlərini bildiyniz, normal qaydada istifadə edə bilərsiniz, git flow sadəcə alətlər toplusudur
- 'support' imkanı hələ beta versiyasındadır, istifadəsi tövsiyə olunmur
- Əgər siz tərcümələr təqdim etmək istəsəniz, onları qoşmaqda məmnun olaram
★ ★ ★